Dayanıqlı İnkişaf Siyasəti
BOS Şelfin Dayanıqlı İnkişaf Siyasəti onun fəaliyyətlərinin iqtisadi səmərələliliyinin artırılmasını, əməliyyatların keyfiyyətli, etibarlı və təhlükəsiz olması üçün məsuliyyətin qəbul edilməsini və mövcud olduğu bölgələrdə iqtisadiyyatın dayanıqlı fəaliyyətinin təşviq olunmasını hədəfləyir.Bizim hədəflərimiz yüksək məhsuldarlıq və maliyyə göstəriciləri ilə məhdudlaşmır, bura həmçinin ölkəmizin inkişafına və çiçəklənməsinə tövhfələr verməklə vətəndaşlarımızın həyat şəraitinin keyfiyyətini artırmaq da aiddir.
BOS Şelf hər bir iş prosesində biznes fəaliyyətlərimizdən qaynaqlanan bütün bədbəxt hadisə və qəzaların qarşısının alınmasının mümkünlüyünü əsas tutaraq risklərə məruz qalma hallarının qarşısının alınması məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin Qorunması meyarlarının nəzərə alınması və qiymətləndirilməsinə tərəfdardardır. Biz bütün əməliyyat sahələrimiz üçün qəzasız, bədbəxt hadisəsiz və ətraf mühitə ziyan vurmadan işləməyi qarşımıza məqsəd qoymuşuq.
Təhlükəsizlik məsələləri iş rəhbərlərinin əsas məsuliyyəti sayılmaqla, nəzarətçilərdən tutmuş hər bir işçiyə qədər bütün işçi heyətin vəzifə öhdəliyinin ayrılmaz hissədir və burada özlərinin və digər insanların zədələnməsinin qarşısını almaq məsuliyyəti aydın qeyd olunub.
Cəmiyyətin dayanıqlı inkişafına bizim tövhəmiz iqtisadi səmərəliliyin artırılması, şəxsi heyətin inkişafı və əmək kollektivlərində sabitliyin təmin olunmasından ibarətdir.
Biz biznesə, proseslərə və göstərdiyimiz xidmətlərə yanaşmamızı daimi olaraq yenidən nəzərdən keçirmək və təkmilləşdirməklə özümüzü əmək bazarında fəqləndirmək üçün səylə çalışırıq. Sifarişçilərimizin tələblərini qarşılamaq üçün inkişafın və yeni texnoligiyaların imkan verdiyi yeni iş üsullarından istifadə edirik.