Tikinti-Quraşdırma
İyirmi ilə yaxındır ki, biz sənaye sahəsi üzrə ən yüksək standartların tələblərinə əməl edərək sifarişçilərimizə yüksək keyfiyyətli tikinti-quraşdırma xidmətləri göstəririk.Bir çox yerli və beynəlxalq tərəfdaşların tələblərini qarşılamaqla BOS Şelf şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli və Şahdəniz-2 neft-qaz yataqlarının tam-miqyaslı işlənilməsi çərçivəsində yüksək əhəmiyyətli və mürəkkəb layihələri həyata keçirmişdir.
Neft-qaz layihələri üçün müasir texnologiyaların tətbiqi ilə tikinti-quraşdırma işlərində uzun illərin təcrübəsi bizə dəniz platformalarının və digər əlaqədar qurğuların hazırlanması və onlara texniki qulluğun göstərilməsi kimi ən mürəkkəb və iri-miqyaslı tapşırıqların öhdəsindən gəlməyə imkan verir.
Dayaq Blokunun Hazırlanması