Nazim Hüseynov

Baş Direktor

Baş Direktorun Müraciəti

2001-ci ildə fəaliyyətə başladığı vaxtdan indiyə kimi BOS Şelf  Azərbaycanda SOCAR və Beynəlxalq Sifarişçilər üçün mürəkkəb və iri miqyaslı neft-qaz  infrastruktur  layihələrini uğurla həyata keçirməklə inkişaf edərək Neft-Qaz sənayesində əsas oyunçulardan birinə çevrilmişdir.

Bir kollektiv olaraq biz, keçmişdə qazandığımız nailiyyətlərdən əminlik hissi ilə qürur duymalıyıq. Lakin, gələcəkdə bizi daha böyük çağırışlar gözləyir və sifarişçilərimizin getdikcə artan tələblərinə cavab vermək üçün texnoloji proseslərimizi genişləndirməklə şirkətimizə və işçilərimizə sərmayə qoymaq tələb olunur.

Şirkətin  inkişafı ilə əlaqədar mənim öhdəliyim ondan ibarətdir ki, iş yerlərində təhlükəsizlik, məhsullarımızın keyfiyyəti və ya əməliyyatlarımızın şəffaflığı ilə bağlı güzəştə getmədən BOS Şelfin biznes hədəflərinə nail olunmalıdır. Bununla yanaşı biz sosial tədbirlərə və ətraf mühitin mühafizəsinə ciddi diqqət ayırmağa davam edəcəyik.

SOCAR şirkətlər qrupunun bir hissəsi olmaq o deməkdir ki, hər bir işçi Azərbaycanın iqtisadi inkişafına müsbət tövhələr vermək imkanına malikdir, bu da öz növbəsində bütün vətəndaşlarımızın həyat standartlarının səviyyəsinin artmasına şərait yaradır.