Sağlamlıq, Əmək Təhlükəsizliyi və Ətraf Mühit
BOS Şelf aparılan əməliyyatların Sağlamlıq, Təhlükəsizlik va Ətraf Mühitə olan təsirinin qarşısının alınmasının vacib olduğunu təsdiq edir. Buna görə də Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi üzrə mümkün olan ən yüksək standartlara nail olmaq üçün tarəf müqabilləri, sifarişçilər, işçilər, podratçılar, dövlət idarələri və ictimaiyyət ilə fəal çalışmaq BOS Şelfin öhdəliyidir.- Bu siyasətin prinsiplərinin yerinə yetirilməsi BOS Şelf şirkətinin davamlı, uğurlu inkişafı, sağlamlıq, təhlükəsizlik va ətraf mühit üzrə hədəflərinə nail olmaq üçün əsasdır.
- BOS Şelf şirkətinin başlıca məqsədi işlərin icrası zamanı işçilərin sağlamlığını qorumaq, qiymətləndirmək, nazarət va idarə etməkdir.
- BOS Şelf şirkətinin ətraf mühitə verdiyi dəyər çox yüksəkdir, belə ki, fəaliyyətimiz zamanı ətraf mühitə dəyən zərəri minimuma endimək və təkrar emal asas məqsədimizdir.
SƏTƏM üzrə əsas hədəflərimiz:
- Fəaliyyətimizin hər sahəsinda sağlamlıq, təhlükəsizlik va ətraf mühit üzrə meyarları nəzərə almaqla hər cür risklərin qarşısının alınması.
- İnsanların sağlamlığının, mülkiyyətin va ətraf mühitin qorunması istiqamətinda fəaliyyətlərimiz zamanı meydana çıxan risklərin idarə edilməsi va qiymətləndirilməsi.
- Tibbi heyət qabaqlayıcı tədbirlər görməlidir va hayata keçirilənn əməliyyatlarla, gigiyena, iqlim va mövcud maddi texniki əsaslandırma məsələləri ila bağlı insanların sağlamlığına təhlükə yaradan bütün fəaliyyətlari nəzərə almalıdır. İşçilərin tibbi məsələləri va tibbi qeydiyyatı barəsinda yüksək saviyyəli məxvilik saxlanılmalıdır.
- Sifarişçinin müvafiq standartlarına, qanunvericiliyə, məcəllələrə va sənaye standartlarına eləcə da uyğun saydığımız daha ciddi standartlara əməl etmək.
- ISO 14001 va OHSAS 45001 stadartlarına uyğun idarə sistemi tətbiq etmək.
- Bu siyasətin bütün müəssisə və layihələrdə tətbiq edilməsinin təmin edilməsi.
- SƏTƏM-in hədəflərinin tətbiq edilməsi və onların tətbiqinə nəzarətin həyata keçirilməsi üçün zəmin yaratmaq.
- SƏTƏM üzrə bütün məsələlərdə qarşılıqlı və interaktiv kommunikasiya sistemlərinin tətbiq edilməsi.
- Bütün BOS Şelf heyəti üçün seciyyəvi və aydın vəzifələrin təyin edilməsi.
- Bizim əməliyyat sahələrimizdə sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması ilə bağlı fəaliyyətlər üzrə müvafiq səviyyədə təlimlərin təmin edilməsi.
- SƏTƏM üzrə idarəetmə sistemlərinin və fəaliyyətlərinin davamlı olaraq yoxlanılması eləcə də illik hədəfləri nəzərə almaqla fəaliyyətimiz barədə hesabatlar təqdim etmək.
- Möhkəm idarəetmə prinsipləri və öhdəlikləri vasitəsilə təkmilləşdirmə proseslərində şirkətin eləcə da sub-podratçıların davamlı iştirakının təmin edilməsi.
- Fəaliyyətimizin bütün aspektlərində davamlı inkişaf prinsiplərinin tətbiq edilməsi.
- Bizim SƏTƏM üzrə öhdəçiliklərimiz va dəyərlərimiz barəsində fikirlərimizi tərəf müqabillərimiz, podratçılarımız və təchizatçılarımız ilə bölüşmək.