Tərəfdaşlarımızla İş

Tikinti-quraşdırma işləri BOS Şelfin öz tərəfdaşları ilə sifarişçilərə göstərdiyi tam miqyaslı Layihələndirmə, Satınalma, Tikinti və Quraşdırma xidmətlərinin bir hissəsidir. Bizim bütün tərəfdaşlarımız beynəlxalq səviyyədə tanınan standartların tələblərinə uyğun olaraq öz öhdəliklərinin yerinə yetirilməsinə yüksək peşəkarlıqla yanaşırlar.

Bizim tikinti-quraşdırma xidmətlərimizə aşağıdakılar daxildir:

 

Dayaq Bloklarının Quraşdırılması

Prosesə quraşdırma yerində şaquli quraşdırılması üçün bütün dayaq bloklarının Qurban Abasov gəmisinin göyərtəsinə yüklənilməsi və nəqliyyatı ilə başlanılır.

Biz dayaq blokunun quraşdırılma nöqtələrini geoinformasiya sistemləri vasitəsilə müəyyənləşdiririk. Quraşdırma zamanı ilmələmə və takelaj avadanlığının birləşdirilməsi/açılması məqsədi ilə dəniz şəraitində istifadə olunan giriş nərdivanları və müvəqqəti keçid trapları təmin olunur.

Barjadan boşaldılan dayaq blokunu dənizin dibinə otuzdurduqdan sonra onu bərkitmək üçün başqa müvəqqəti vasitələr olmadığına görə biz paya dəstinin istiqamətləndirilməsini nəzərə almaqla payaların vurulmasını dərhal icra etməliyik. Payaların vurulması ardıcıllığı dayaq blokunun ən hündür ayağından başlamaqla aşağı ayaqlara doğru yerinə yetirilir. Tələb olunarsa, biz həmçinin xüsusi nivelir aləti ilə dayaq blokunun səviyyəsinin düzləndirilməsini də icra edirik.
 

Paya Özülünün Quraşdırılması

Dayaq bloku özülünün payalarının daşınması dayaq bloku ilə birlikdə Qurban Abasov gəmisinin göyərtəsində yerinə yetirilir. Payaların diametrinin və divar qalınlığının müxtəlif olmasından asılı olaraq onların çevrilməsi üçün istifadə olunacaq Boru Daxili Yükqaldırma Avadanlığının ölçüsü, həmçinin müxtəlif payaların vurulması üçün çəkiçlərin/muftaların quraşdırılması üsulları müəyyən edilir.

Payaların çevrilməsi struktur yoxlamasından sonra ya çevirmə xamutu, ya da sürüşən tava vasitəsilə (uzunluq və ölçüdən asılı olaraq) yerinə yetirilir.

 

Göyərtə Meydançası/Körpülərin Quraşdırılması

Bütün göyərtə meydançaları/körpülər də həmçinin Qurban Abasov gəmisi vasitəsilə daşınır və quraşdırılır. Biz, göyərtə meydançasının/körpülərin quraşdırılmasından əvvəl geodezik yoxlamalar aparmaqla ehtiyac olarsa quraşdırma vasitəsi kimi amortizatorlardan və istiqamətləndiricilərdən istifadə edirik. Konstruksiyanın quraşdırılmasından əvvəl təsdiqlənmiş qaynaq prosedurunu tətbiq etməklə ayırıcı qaynaq prosesi yerinə yetirilir.
 

Üst Tikililərin və Modullarının Quraşdırılması

Modulların daşınması üçün istifadə olunan yük barjası bütün daşınma kriteriyalarına cavab verir. Bununla belə, aşağıdakı məsələləri araşdırmaq üçün xüsusi olaraq Nəqliyyat analizi aparılmalıdır:
 

  • Barjanın bütövlüyü və zərbəyə qarşı möhkəmliyi
  • Verilmiş yüklənmə vəziyyətinə uyğun olaraq barjanın bütün uzunluq boyu möhkəmliyi
  • Tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılma yerinə qədər yedəklənmək üçün yedək tumbasına olan tələblər
  • Müəyyən şəraitə uyğun hərəkət reaksiyası
 

“Azərbaycan Kran Gəmisi”-nin lövbərlənməsi üçün dayaz sularda stasionar lövbər yeri tələb olunur. Stasionar lövbər yerləri lövbərləmə analizinə və torpağın xarakteristikasına əsasən təyin edilir. Payaların vurulması üçün dayaz sularda işləyə bilən müvafiq gəmi və ya panton barjası mobilizə edilməlidir.

 

Dəniz Bazalarının Təchizatı

Bütün təchizat işləri BOS Şelfin Dəniz Bazalarının İdarə edilməsi bölməsinin nəzarəti altında yerinə yetirilir. Bura daxildir:
 

  • Bazaya qədər gələ bilən müxtəlif nəqliyyat vasitələri ilə (avtomobil, dəmir yolu, dəniz yolu) daxil olan CPİ/Layihə materiallarının qəbul edilməsi və boşaldılması
  • Layihə üzrə tələblərə uyğun olaraq CPİ / Layihə materiallarının anbarlara yığılması və qorunması
  • Material və avadanlığın qorunması və onlara texniki qulluq
  • Material və avadanlığın son istifadə məntəqəsinə göndərilməsi üçün liman ərazisində lövbər salmış gəmilərə birbaşa yüklənilməsi və dənizlə nəqliyyatı üçün bərkidilməsi
  • Gəmilərin mobilizasiyası və demobilizasiyası
  • Gəmilərə yanacağın doldurulması və əməliyyat dəstəyi (avadanlıq üçün saxlama yeri, avadanlığın və şəxsi heyətin gəmidən limana keçirilməsi, tullantıların daşınması xidmətləri və s.)

Yuxarıda haqqında bəhs edilən bütün konstruksiyalar “GS EP STR 401 – Dəniz qurğularının yüklənməsi, dənizlə nəqli üçün bərkidilməsi, daşınması və quraşdırılması” sənədində göstərilən müsaidələrə uyğun quraşdırılmışdır.

Tələblərə əsasən dəniz dibi şəraitinin layihə şərtlərinə uyğun olmasını təsdiqləmək və mümkün çöküntülər və maneələri aşkarlamaq üçün quraşdırma əməliyyatı öncəsi geodeziya kəşfiyyatı əməliyyatı aparılır.


Gəmilər – Əsas Göstəriciləri

QURBAN ABASOV – Əsas Xarakteristikası

  • Gəminin adı - «Qurban Abasov»
  • Ümumi uzunluğu - 141,40 m
  • Perpendikulyarlar arası uzunluq - 121,75 m
  • Eni - 54 m
  • Əsas göyərtəyə qədər bortunun hündürlüyü - 9 m
  • İşçi göyərtəyə qədər bortun hündürlüyü - 13,00 m
  • Suya oturumu, yay - 7,99 m
  • Maksimum sərnişin tutumu - 217 Təmiz çəkisi – 12,132 t
  • Kranın maksimum yükgötürmə qabiliyyəti – Əsas qarmaqlar – 600 t (2x300 t)
  • Kranın maksimum yükgötürmə qabiliyyəti – Əlavə qarmaqlar - 150 t
 

Hal-hazırda gəminin sükan sistemi yalnız iki idarəolunan itələyicidən və iki tunel pərindən ibarətdir. DP-3-də işləmək üçün yenidənqurnma işlərinə əlavə olaraq 90°-lik meylliyə malik dörd ədəd Thrustmaster OD1500N modulyar Hidravlik Göyərtədən kənar İtələyici Qurğunun quraşdırılması daxildir. Bu itələyicilər yerli idarəetmə panelləri, kənardan idarəetmə panelləri və DP interfeys panellərinə malik avtonom modulyar konteynerləşdirilmiş dizel hidravlik güc qurğusu ilə təchiz edilmişdir. Onlardan mövcud olan dördü (ikisi gəminin burnunda və ikisi gəminin sarğısında) daha dörd itələyici ilə komplekləşdiriləcəkdir.

 

1.1.1 Azərbaycan Kran Gəmisi – Əsas Göstəriciləri

  • Gəminin adı - «Azərbaycan»
  • Gəminin növü - Kran gəmisi
  • İnşa olunub - Blohm+Voss Hamburg
  • İli - 1978
  • Gəminin sahibi - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
  • Qeydiyyatda olduğu liman - Bakı
  • Ümumi uzunluğu - 121,00 m
  • Perpendikulyarlar arası uzunluq - 120,00 m
  • Eni - 34,50 m
  • Əsas göyərtəyə qədər bortunun hündürlüyü - 7,50 m
  • İşçi göyərtəyə qədər bortun hündürlüyü - 11,00 m
  • Suya oturumu, boş yay - 5,56 m
  • Arxa perpendikular - 0 çərçivə
  • Ön perpendikulyar - 41 çərçivə
  • Orta kəsiyi - 21 çərçivənin 1,0 m arxası