Maddi-texniki təchizat

BOS Şelfin maddi-texniki təchizat fəaliyyətinə dərin dəniz özüllərinin quraşdırılması üzrə dəniz əməliyyatlarına dəstək vermək və fəaliyyətdə olan buruq platformalarının lazımi resurslarla, gəmi və barjalarla təmin edilməsi daxildir.

BOS Şelfin Dəniz logistika bazasının maddi-texniki təchizat üzrə əsas tapşırığı dəniz əməliyyatlarının fasiləsiz təminatı üçün gəmilərin vaxtında yüklənməsi və boşaldılmasından ibarətdir.

Həmçinin bizdə xarici dövlətlərin bayrağı altında üzən gəmilərin, o cümlədən çay-dəniz, ro-ro və yük barjalarının qəbul edilməsi üçün bütün imkanlar mövcuddur.


Buxtanın akvatoriyasının ümumi sahəsi 116 hektardır.
Kanalın uzunluğu: 4,000 m
Kanalın eni: 127 m
Buxtanın dərinliyi: 8,3-9,5 m



BOS Şelf ərazisində 100 vaqonun yerləşməsi üçün 11 944 m uzunluğunda dəmir yolu xətti mövcuddur. Qəbul edilən yüklər anbar ərazilərində (örtülü və açıq) yığılır.

Loqistika həmçinin yüklərin avtomobil nəqliyyatı ilə daşınmasını, boşaldılmasını, yüklənilməsini və yüklərin anbarlara yığılaraq saxlanılmasını da təmin edir.

Təchizatın dəstəklənməsi üçün tırtıllı kranlardan, mobil kranlardan, çəngəlli qaldırıcılardan və qoşqulu treylerlərdən istifadə edilir.
 

BP Təchizat Bazası

2015-ci ildə BOS Şelf BP-nin regionda ən böyük təchizat bazasının idarəedilməsi  səlahiyyətini əldə etdi. BOS Şelf bu əməkdaşlıq çərçivəsində Azərbaycan ərazisində Britaniya şirkətinin bütün yüklərinin loqistikası və saxlanılması kimi strateji cəhətdən əhəmiyyətli olan bir vəzifə ilə öz fəaliyyət dairəsini genişləndirdi.

Bu müqavilənin bağlanılması ilə BOS Şelf ölkənin energetika sektorunda çox az sayda olan və eyni zamanda bir neçə vacib funksiyanı əlində cəmləşdirən şirkətlərdən birinə çevrildi.

Bazanın bütün saxlama yerləri Azərbaycanın və Böyük Britaniyanın bu sahə üzrə standartlarının tələblərinə uyğun olaraq inşa edlilb və istismar olunmaqdadır. Burada xırda ölçülü ehtiyat hissələrin və tez xarab olan malların saxlanılması üçün avtomatlaşdırılmış və idarə olunan iqlimə malik  saxlama yerləri  mövcuddur. Bazanın ərazisində həmçinin təhlükəli materilalların saxlanılması üçün zona da var.

Materilların anbardan buraxılması üçün tələb olunan ümumi vaxt minimuma endirilmişdir, bu da, anbarlama prosesinin ahəngdar təşkili sayəsində saxlanılan materilların əksəriyyətinin gecikdirilmədən yola salınmasına imkan yaradır.

Bazanın anbarlama konsepsiyası mərkəzləşdirilmiş HUB modelinə uyğundur.
2015-ci ildən başlayaraq, bütün şirkətdə olduğu kimi, burada da şəxsi heyətin, maliyyənin və satınalınmaların mərkəzləşdirilmiş idarə edilməsi sistemi olan SAP sistemi tətbiq edilir.

Köhnəlmiş və zədələnmiş materilların utilizasiyası prosesi sifarişçinin standart və tələblərinə uyğun şəkildə həyata keçirilir, bu da, tullantıların təyinat məntəqəsinə çatdırılmasının və həm də emal olunmasının düzgün təşkili sayəsində materiallardan səmərəli və təhlükəsiz istifadə olunmasına imkan yaradır.
 

Quru və Dəniz Loqistikasına Dəstək Xidmətləri


Təchizat bazasının İdarə olunması

  • Liman
  • Boru sahəsi
  • Nəqliyyat
  • Yük daşıyan konteynerlərin idarə olunması
  • Qurğular & Əmlakın İdarə olunması & Texniki qulluq
  • Dizel çənləri parkı
  • Anbarlama & Materialların idarə olunması
  • Yanacaq terminalları, nasos stansiyaları, tikinti-quraşdırma sahəsi
  • Təchizatçı tərəfindən idarə olunan inventar
  • İnventara nəzarət və məruzə etmə
  • İşçi heyətin təmin edilməsi
  • Quru və dəniz layihələrinə dəstək


Quru və Dəniz Loqistikasına Dəstək Xidmətləri


Ağır yükqaldırma və yüklərin daşınması  
  • Ağır və mürəkkəb yükqaldırma əməliyyatlarının planlaşdırılması və icra edilməsi
  • Qeyri-normal yüklərin daşınması
                  
Yanacağın idarə edilməsi
  • Dənizə Dizel təchizatı
  • Dizelin emal olunması və testi
  • Ehtiyatın idarə olunması

Şəxsi heyətin təlimatlandırılması
  • İxtisaslı və sertifikatlı işçilərin yığılması
  • SƏTƏM üzrə Məsləhətləşmə və Təlimatlandırma (ISO 9001:2015, OHSAS 18001:2007, ISO 14001:2004 EMS)
 

BP Təchizat bazası – Gürcüstan


2019-cu ildə BP-nin Gürcüstandakı Təzhizat bazasının idarəedilməsi ilə bağlı müqavilənin imzalanması və Logistika üzrə idarəetmə fəaliyyətlərinin genişlənməsi ilə biz Gürcüstan bazarına daxil olduq.
 

Anbar:

Əməliyyat ərazisi – 2,000 m2
Boru xətlərinin təcili təmiri ərazisi – 3,000 m2
Açıq anbar – 15,000 m2

 

Təchizat bazası ərzisinə həmiçnin aşağıdakılar daxildir:

Yuma xətti
Təzyiq testi xətti
Tullantıların saxlanılması üçün örtülü yer
Çirkab su çəni və durulducu çən
Təsərrüfat binası
Su çəni