Tibbi Xidmət
Əmək təhlükəsizliyindən keyfiyyətə doğru – şüarımıza əsaslanaraq biz hər bir işçinin tibbi xidmətlə təmin olunması və həmçinin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən Tibbi Xidmət Mərkəzinin maddi-texniki təchizatının müasirləşdirilməsi ilə öz işçilərimizin sağlamlığına mühüm əhəmiyyət veririk.Bizim BDÖZ üzrə sahə tibb məntəqəsi bütün lazımi avadanlıqla, təcili tibbi yardım maşını və dərmanlarla təchiz olunmaqla 24/7 rejimində tibbi xidmət göstərir. Hər bir BOS Şelf işçisinin optimal psixoloji və fiziki vəziyyətdə işləməsindən əmin olmaq üçün biz İlkin Tibbi Yardım təlimlərinin keçirilməsini təşkil edirik.
Göstərilən bütün tibbi xidmətlər aşağıdakı sahələri əhatə edir:
- Tibbi qurğular
- Əmək sağlamlığı
- Gigiyenik və tibbi nəzarət
- Təcili Tibbi Yardım
Əmək sağlamlığı – işçinin əmək fəaliyyəti zamanı sağlamlığının qorunması və nəzarətdə saxlanılmasıdır. Bu mənada, tibbi personalın işi əsasən qabaqlayıcı tədbirlərə əsaslanır və yerinə yetirilməsi zamanı əməliyyatla əlaqədar, gigiyenik, iqlim və mövcud logiqstik şərait səbəbindən sağlamlığa risk yaradan bütün fəaliyyətləri nəzərə alır.
Tibbi profilaktika proqramları Sağlamlığa Risklərin Qiymətləndirilməsi və işçinin işə götürülməzdən əvvəl tibbi cəhətdən yararlılığının yoxlanılması ilə başlayır və işçilərin psixoloji-fiziki vəziyyətlərinin dövrü yoxlanılması, onların təlimatlandırılması və maarifləndirilməsi ilə davam edir.
Gigiyenik və tibbi nəzarət – işçilərin sağlamlığına təhlükə yaradan hər bir yoluxucu xəstəliyin yayılmasının qarşısının alınmasıdır.
Təcili Tibbi yardım – Bütün bədbəxt hadisələr və ciddi zədələnmələr zamanı mümkün qədər tez və düzgün tibbi müalicənin təmin edilməsidir. Hər bir təxirəsalınmaz tibbi yardım tələb edən hadisə zamanı, xüsusilə də əgər hadisə qəza və ya xəstəliklə bağlıdırsa, bizim tibb işçiləri ən müvafiq nəqliyyat vasitələri ilə mövcud qaydalara əməl etməklə özlərini hadisə yerinə