Bizim Komandamız
Hər bir biznesin inkişafı ayrılmaz surətdə insan amili ilə bağlıdır. Biz müxtəlif peşələrdə artıq yüksək səviyyəyə çatmış mütəxəssislərlə işləməklə yanaşı, yeni istedadları da kəşf edir, onları unikal iş təcrübəsi və geniş çeşidli peşəkar bacarıqlarla təmin etməklə inkişaf etdirirk.100 müxtəlif ixtisas üzrə 3,000 nəfərlik kollektiv ilə ölkəmizdəki ən yaxşı işçi heyətlərdən birinə malik olmağımızla qürür duyuruq. Biz davamlı olaraq öz işçilərimiz üçün təlimlər təşkil edir və BOS Şelfin işçi heyətə dair vahid daxili tələblərini və sifarişçilərimizin tələblərini əldə rəhbər tutaraq əməkdaşlarımızın peşəkarlığının yüksək səviyyəsini saxlayırıq.
Fəaliyyətimizin əsas işçi özəyini mühəndislər, certyojçular, qaynaqçılar, quraşdırıcılar, elektriklər, mexaniklər, skafold quraşdıranlar, anbardarlar, montajçılar, dülgərlər, kran operatorları və takelajçılar təşkil edir, bütün işlərdə isə onlara bir çox şöbələr, o cümlədən, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi, Keyfiyyətə Nəzarət, İnsan Resursları, Layihələrin İdarəedilməsi, Mühasibatlıq, Kommersiya, Təchizat şöbələri dəstək verir.
İşçilərimizin bacarıqlarını inkişaf etdirmək üçün bizim geniş təlim mərkəzlərimiz və peşəkarlığın artırılması üzrə proqramlarımız var.
Bizim işçi heyətə skafold və rəngləmə, elektrotexnika, hidravlik qurğular və qaynağın dağılmayan üsullarla sınağı üzrə subpodratçı mütəxəssislər kömək edir.
Milliləşdirmə planının mahiyyətinə uyğun olaraq biz son illərdə yerli işçiləri hərtərəfli təlimatlandırıb inkişaf etdiririk və bu da bizə onları yüksək vəzifələrə təyin etməyə imkan verir.
Hal-hazırda işçi heyətimizin 98%-ni Azərbaycan vətəndaşları təşkil edir.