İş Göstəricilərinin İdarə Olunması
İş göstəricilərinin idarə olunmasının məqsədi hər bir işçiyə öz iş göstəricilərini artırmaqda lazımi köməyin göstərilməsi və onların həvəsləndirilməsi, iş qabiliyyətlərinin inkişafı, işçi məmnuniyyətinin artırılması və hər bir fərdin və bütövlükdə təşkilatın mənafeyi naminə onların tam potensialından istifadəyə nail olmaqdır. Biz hər kəsin diqqətinin gördükləri işdə nail olmaq istədikləri gözləntilərə və buna nail olmağın ən yaxşı yolunu tapmağa cəmləşdirməyini istəyirik. Biz hər bir kəsə öz inkişafları üçün olan tələbatları müəyyənləşdirməyə və iş göstəricilərin artırmaq və öz potensiallarını reallaşdırmaq üçün bu tələbatları ödəməyə yardım etmək istərdik.BOS Şelfdə İş Göstəricilərinin İdarə olunması:
- Açıq və konstruktiv müzakirəyə əsaslanır
- Gündəlik və normal idarəetmə prosesidir – ildə bir dəfə sənəd doldurma xatirinə deyil
- Pozitiv prosesdir – keçmiş nəticələrin üzərində qalmır, əksinə gələcəyə istiqamətlənir
- İş göstəricilərində olan hər hansı problemləri nəzərə almaqla diqqəti güclü cəhətlərin inkişafına yönəldir
Məqsədlər
Cari funksiyalar və iş hədəfləri – Bütün vəzifə və funksiyalara xas olan hədəflər var ki, bunlar vəzifə profili üzrə əsas iş parametrləri ilə ifadə edilə bilər. Əsas iş parametrinin təyin olunması vəzifə tutan şəxsin bu vəzifənin xüsusi aspektləri üzrə nələrə nail ola bilməsi ilə bağlı gözləntiləri müəyyən edir. Vəzifə və ya iş üzrə düzgün hədəflər, nəticələr və nail olunacaq standartlar baxımından fəaliyyətləri aydın müəyyən edir. Onlara ölçülə bilən kəmiyyət və ya keyfiyyət üzrə hədəflər və ya standartlar əlavə olunur.Hədəflər – Ölçüləbilən nəticələri müəyyən edən hədəflərə məhsul, iş qabiliyyəti, gəlirlər, satış, xidmət səviyyəsi, zay məhsulların azalması baxımından ölçülərək nail olunmalıdır.
Tapşırıqlar – Hədəflər tapşırığın və ya layihənin müəyyənləşdirilmiş vaxta qədər yerinə yetirilməsi və ya aralıq nəticəyə nail olunması üçün qoyulmalıdır.
İş göstəricilərinin artırılması – İş göstəricilərinin artırılması hədəfləri daha yaxşı nəticələrə nail olmaq üçün nələrin edilməli olduğunu müəyyən edir. Bunlar vəzifəni icra edənlərin və onların rəislərinin görməli olduqları tədbirlərin müəyyənləşdirildiyi iş göstəricilərinin artırılması planında göstərilə bilər.
İnkişaf etdirmə / Öyrətmə - İnkişaf etdirmə və ya öyrətmə üzrə hədəflər genişləndirilmiş bilik və bacarıqlar formasında fərdi inkişaf və öyrənmə üzrə sahələri müəyyənləşdirir.
Ağıllı (Smart) Hədəflər
Biz hədəfin arzu edilən xüsusiyyətlərini “SMART” mnemonikası ilə yekunlaşdıra bilərik:S = Spesifik – aydın, birmənalı, birbaşa, anlaşıla bilən və stimullaşdırıcı
M = Ölçülə bilən – kəmiyyət, keyfiyyət, vaxt və pul
A = Real, nail oluna bilən – çətin, lakin səriştəli və işbilən şəxs tərəfindən nail oluna bilən
R = Uyğun – təşkilatın məqsədlərinə müvafiq olmalıdır ki, fərdin qarşısına qoyduğu hədəf ümumi hədəflərə uyğun olsun
T = Vaxtla məhdudlaşdırılan – razılaşdırılmış vaxt çərçivəsində tamamlanmalıdır
İş göstəricilərinin idarə olunmasının xüsusiyyətlərini müəyyən edərkən fərdi məqsədlərin təşkilatın ümumi məqsədləri ilə uzlaşdırılmasına mühüm əhəmiyyət verilməlidir. Burada məqsəd insanların bütün təşkilat boyu iş göstəricilərinə olan tələbləri kollektiv surətdə anlamalarına nail olmaq məqsədilə düzgün olanları yerinə yetirməyə fokuslamaqdır.
Hər kəsin ümumi korporativ, funksional və komanda hədəfləri barədə məlumatlı olmalarını və onların özləri üçün razılaşdırdıqları hədəflərin ümumi hədəflərə uyğun olmasını təmin etməklə, bu hədəflərə nail olmaq üçün müəyyənləşdirilmiş üsullara verəcəkləri tövhə ilə inteqrasiyaya nail olunur.