Satınalmalar və Təchizat Zənciri

Satınalmalar və Təchizat Zəncirinin  İdarəedilməsi BOS Şelfin fəaliyyətlərinin əsas cəhətlərindən biridir və mala/xidmətə tələbatın yaranmasından satın alınmış mal/xidmətin çatdırılmasına və sifarişin bağlanılmasına qədər satınalmalar prosesinin müxtəlif mərhələlərində cəlb olunmuş işçilərin davranış və öhdləliklərinə dəstək məqsədi daşıyır.
 
Dünyada geniş çeşidli təchizat və xidmətlərin, həmçinin spesifik məhsul/xidmətlər üzrə məlumat bazalarının və onların satıcılarının sayı çox böyükdür. BOS Şelfin TZSİ şöbəsi dünyaca məşhur “SAP Business” proqramını şöbə daxilində  xərclərə qənaət, vaxtında çatdırılma, malların/xidmətlərin keyfiyyəti, təhlükəsizlik, satıcıların qiymətləndirilməsi və idarə daxilində qəbul olunmuş rüşvətxorluq və korrupsiya əleyhinə qaydalara uyğun olaraq əməliyyatların şəffaflığı məqsədilə uğurla tətbiq edir.

BOS Şelf TZSİ-nin davamlı məqsədi təchizatı fiziki cəhətdən etibarlı və təhlükəsiz üsullarla vaxtında və səmərəli surətdə təyinat nöqtəsinə çatdırmaqdır. BOS Şelfin TZSİ komandası ötən illər ərzində dünyanın hər yerindən yüzlərlə və minlərlə ton çəkisi olan müxtəlif polad konstruksiyaları, avadanlığı, iri qabaritli yüklər də daxil bir çox materialları alaraq onların daşınmasını və idxalını təşkil etmişdir

Layihələrin davamlı və keyfiyyətli təchizatını təmin etmək üçün səmərəli nəqliyyat əsas müəyyənedici amil hesab olunur. Yaxşı nəqliyyat sistemi təchizatın üç “düzgün” amilini  həyata keçirir. Malların düzgün vaxtda, düzgün vəziyyətdə və xərclərə qənaət etməklə çatdırılması çox mühümdür. Bütün bunları bir sıra əməli addımlar çərçivəsində cəmləyib və bu addımları uğurla icra etdikdə vaxtında və səmərəli çatdırılmaya nail ola oluruq.

Mal-materiallar qrafikə uyğun vaxtda, ən uyğun qiymətə, zədələnmədən və itkisiz ən optimal qablaşdırmada gəlib çıxmalıdır. Mal-materialların nəqliyyatı sistemi effektiv paylama sistemini tamamlayır.

TZSİ prosesinin davamlı axınla icra olunması sifarişçilər və layihə üçün dayanıqlı və keyfiyyətli xidmətlərin göstərilməsi şirkətin özü üçün də vacib müəyyənedici amildir.