Keyfiyyət Siyasəti

BOS Şelf MMC-nin Keyfiyyət Siyasəti müştərilərimizin məmnuniyyətinin və Keyfiyyətin İdarə Edilməsinin ən yüksək standartlarının təkmilləşdirilməsi yolu ilə bazarda liderliyi əldə edərək qorumaq kimi öhdəliyimizin təmin edilməsinə əsaslanır. Ali Rəhbərlik bu məqsədə nail olmaq üçün müvafiq insan, maliyyə və texniki resurslarla təminatı həyata keçirir.
 

  • Təhlil aparmaq və podrat üzrə müqavilənin Keyfiyyət, qanunvericilik, zaman və xərc tələblərinə riayət etməklə, müştəri rəylərini toplamaq və analiz etmək yolu ilə bazarda uğur qazanmaqla müştəri məmnuniyyətinə nail olmaq.
  • Proseslərin effektivliyini və biznesdə rentabelliyi əldə etmək məqsədi ilə qoyulmuş məqsəd və göstəricilərə uyğun yanaşma və daima yaxşılaşdırmaya əsalanan Keyfiyyət İdarəetmə Sistemi tətbiq etməklə məmnuniyyəti təmin etmək.
  • Qarşılıqlı faydaları təmin etmək üçün bütün səhmdarların, eləcə də hər bir şəxsin öz fəaliyyətinin zəruriliyini dərk etməsi üçün müvafiq təlimlər vasitəsi ilə bütün işçilərin prosesə cəlb edilməsi.
  • Dəyərlər qatmaq və müştəri məmnuniyyətinin təmin edilməsi bacarığını gücləndirmək məqsədi ilə təchizatçılar və podratçılarla qarşılıqlı faydalı münasibətlər.

Bütün bunları həyata keçirmək üçün BOS Şelf ISO 9001 — 2015 tələblərinə cavab verən idarəetmə sistemi yaratmışdır və öz resurslarından aşağıdaki məqsədlərlə istifadə edir:
 

  • Həm layihə səviyyəsində, həm də iş prosesinin idarə edilməsində kommunikasiyanı genişləndirməklə müştərilərin və üçüncü tərəf tələblərinin müəyyənləşdirilməsi və təmin edilməsi.
  • ISO 9001-2015 tələblərinə, eləcə də digər dövlət və sənayə orqanlarının tələblərinə cavab verən idarəetmə sistemlərinin qorunub saxlanması.
  • Idarəetma sisteminin davamlı yaxşılaşdırlması üçün hədəflər qoymaq, Rəhbərliyin illik təhlili İclaslarını keçirmək və Rəhbərliyin iştiraki ilə Keyfiyyət performansını vaxtaşırı yoxlamaq yolu ilə təmin etmək.
  • Ən yaxşı sənaye təcrübəsini və qanunvericilik ehtiyaclarını əks etdirən Keyfiyyətin idarə edilməsi standartlarının tətbiq edilməsi.
  • Müştəri tələblərinin yerinə yetirilməsi istiqamətində müvafiq Keyfiyyət fəaliyyətinin təmin edilməsi üçün podratçılarla əlaqə saxlamaq və BOS Şelfde aparılan əməliyyatların bu siyasətin tələblərinə cavab verməsini təmin etmək və təkmilləşmə üçün imkanlardan yararlanmaq maqsədi ilə vaxtaşırı təftişlər/yoxlamalar aparmaq.
  • Keyfiyyət tələblərinə riayət edilməsi və Keyfiyyət mədəniyyətinin təkmilləşdirilməsi bütün menecerlərin, supervayzerlərin və işçilərin vəzifə borcudur. Buna müvafiq resurslar və keçirilən təlimlər vasitəsi ilə dəstək verilməsi.

Keyfiyyət üzrə Menecerin vəzifəsi Keyfiyyətin İdarə Edilməsinin səmərəliliyinin təkmilləşdirilməsi, ona nəzarət və təftiş edilməsidir. Keyfiyyət üzrə Menecer istehsaldan və planlaşdırmadan asılı deyil və öz vazifə öhdəliklərini həyata keçirmək üçün müvafiq səlahiyyətə və təşkilatı azadlığa malikdir.