Dayaq Blokunun Hazırlanması Prosesi
Dayaq bloku neft və qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan stasionar dəniz platformalarının üst tikililərini və göyərtə meydançasını saxlamaq üçün hazırlanmış şəbəkə tipli metal konstruksiyadır.Bizim dayaq bloku hazırlama prosesi metal lövhələrin və digər əlavə materialların xüsusi anbarlara gətirilməsi və yükgötürmə qabiliyyəti 90 tona qədər olan körpülü kranlarla boşaldılaraq yığılması ilə başlayır. Materialların qəbulu prosesi metal lövhələrin Satınalma Sifarişinə uyğun olaraq çatdırılmasını təsdiq etmək üçün BOS Şelfin Keyfiyyətə Nəzarət heyəti tərəfindən yerinə yetirilir.
Materiallar yoxlanıldıqdan və məlumatlar materialın qeydiyyatı sisteminə yerləşdirildikdən sonra Texniki şöbə tərəfindən hazırlanmış və Materiala Nəzarət heyəti tərəfindən quraşdırma üçün təsdiq olunmuş işçi layihə və quraşdırma sənədlərinə uyğun olaraq Quraşdırma heyəti tərəfindən material sifarişi təqdim edilir.
Materiala Nəzarət heyəti metal lövhələrin 2 №-li sexdə qum-şırnaqla təmizlənməsi ilə hazırlanma prosesinə başlayır və təmizlənmiş lövhələri 3№li sexdə komputerləşdırılmış avtomat kəsmə dəzgahlarına ötürür. Kəsmə işləri tamamlandıqdan sonra lövhələr qalınlığı 150 mm-ə qədər olan lövhələri daxili diametri 4,000-4,500 mm-ə qədər bükmə qabiliyyəti olan avtomat yayma maşınlarına ötürülür. Soyuq yayma prosesindən sonra lövhələr çən formasını alır və kənarların qaynaq tikişi ilə birləşdirilməsi üçün avtomat flüsaltı qövs qaynağı avadanlığına verilməsi üçün hazır olur. Keyfiyyətə Nəzarət şöbəsi bütün mərhələlərdə layihə üzrə texniki şərtlərə və şirkət prosedurlarına əməl olunması üçün bütün proseslərə nəzarət edir.
Qaynağın vizual yoxlamaları, Maqnitlə Nüfuzetmə Sınağı, Dağılmayan üsulla Sınağı nəticələri təsdiq olunduqdan sonra 5№li sexin köməkçi istehsalat xətlərində çənlər uzun boru formasında uc-uca qaynaq olunur və sonra emal olunması üçün 6№li sexdə komputerləşdirilmiş Müller fiqurlu kəsmə maşınlarına verilir.
Hazırlanmış dayaq tirləri quraşdırma sahəsinə ötürülməzdən əvvəl qum-şırnaqla təmizləmə, qruntlama və rəngləmə işləri üçün Xüsusi Boru Üzləmə sexinə ötürülür.
Quraşdırma sahəsinə gətirildikdən sonra dayaq tirləri tumbalar üzərində yan panellər üzrə yığılaraq 1,350 tona qədər yükgötürmə qabiliyyəti olan ağır tırtıllı kranlarla qaldırılır, dayaq blokunun ayaqları üzərinə bərkidilir və stapel yolu və dayaqlar üzərində quraşdırılır.
Quraşdırma işlərindən və orta diofraqma qutusunun və kənar çərçivələrin qatlanaraq qaldırılmasından sonra dayaq bloku üzərinə 2 ədəd ağır üzmə pantonları bərkidilir və o, 30,000 tona qədər ağırlıqda konstruksiyaları hərəkət etdirmək qabiliyyətinə malik xüsusi dartıb-itələmə sistemi vasitəsilə nəqliyyat barjasının üzərinə sürüşdürülməyə hazırdır. Bu nəqliyyat barjası dayaq blokunu BOS Şelfin dalğa və küləklərdən qorunan və açıq dənizə çıxışı olan limanından quraşdırma nöqtəsinə çatdıracaq.
İstehsal Gücü
BÜKMƏ
- 150 mm-ə kimi qalınlığa və 4,000 – 5,000 mm-ə kimi daxili diametrə malik 8 ədəd avtomatlaşdırılmış aparat
- 32 ədəd flüsaltı qövs qaynağı oxu və 40 ədəd mobil yarımavtomat qaynaq maşını
- 50 t-a kimi gücü olan 16 ədəd körpülü kran
- Aylıq istehsal: bir növbəyə 2,500 t
İSTEHSAL
- 14 ədəd örtülü konstruktiv aralıq
- 90 t-a kimi gücə malik körpülü kranlar
- 3 ədəd kompüterlə idarə olunan fiqurlu kəsmə maşını Muller RB 950
QURAŞDIRMA
- 550,000 m² of erection area
- 25 Crawler & Mobile Cranes with up to 1,350 t lifting capacity
- 4 Skidways with a bearing capacity from 85 t/lm up to 350 t/lm
- Overall capacity over 4,200 t
YÜKLƏMƏ
- 3 x 100 m möhkəmləndirilmiş yükboşaltma ərazisi (50 t/m2) olan 1,500 m uzunluğunda təmir olunmuş sahil
- 30,000 t kimi ağırlıqda olan konstruksiyanı hərəkət etdirə bilən itələmə (puş-pul) sistemi.
- STB 1 suya buraxma barjası ilə birləşən 28m x 25m-lik uzunluğa malik 6 ədəd yükləmə xətti
- Mühafizə olunan limandan birbaşa çıxış.
QAZANILMIŞ UĞURLAR
- AÇG LAYİHƏSİ FAZA 1: CA DAYAQ ÖZÜLÜ (14,130 t, 143, 3 m) CWP DAYAQ ÖZÜLÜ (12,043 t, 143,3m)
- AÇG LAYİHƏSİ FAZA 2: QA DAYAQ ÖZÜLÜ (13,800 t, 133, 9 m) ŞA DAYAQ ÖZÜLÜ (15,750 t, 166,9m)
- AÇG LAYİHƏSİ FAZA 3: DUQ DAYAQ ÖZÜLÜ (15,900 t, 185 m) PCWU DAYAQ ÖZÜLÜ (15,600 t, 185 m)
- ÇNL LAYİHƏSİ: ÇNL DAYAQ ÖZÜLÜ (18,200 t, 196 m)
- ŞD2 LAYİHƏSİ: PR Dayaq Bloku (13,718 t, 107.6 m) QU Dayaq Bloku (14,432 t, 107.6 m)