Payaların Hazırlanması Prosesi

  • Lövhələrin qəbulu – Daşıma və Emal
  • Metal lövhələr istehsalçıdan alınaraq dəmir yolu vaqonları və ya yük maşınları vasitəsilə gətirilir
  • Metal lövhələr qəbul edilir və xüsusi anbar sahəsində boşaldılır. Boşaldılma prosesində metal lövhələr qüsurlara qarşı vizual olaraq yoxlanılır və qüsurlu lövhələr karantin zonasında saxlanılır
  • Lövhələrin ölçüləri yoxlanılır və isti ştamplar zavod sertifikatları ilə dəqiqləşdirilib yoxlanılır. Lövhələr Mühəndislik Məlumatları Bazasına yerləşdirilir, burada onlara xüsusi lövhə nömrəsi verilir
  • Paya hazırlanması üçün ayrılmış lövhələr Texniki Şöbə və sənədlərə nəzarət tərəfindən hazırlanmış çertyojlar əsasında ölçülər üzrə yığılır və Boru Yayma Sexinə göndərilir
     Tipik çertyoj dəstinə daxildir:
     Eyni ölçülər üzrə yayma
     Yayma Vərəqəsi
     Quraşdırma Yayması
 
  • Boru Yayma Sexi Material Sifarişi forması vasitəsilə lövhələri anbardan sifariş edir. Büküləcək lövhələri qəbul etməzdən əvvəl bütün lövhələr üzərlərində olan və Yayma Dəzgahını çirkləndirə biləcək çirkdən təmizlənməsi üçün Qum-Şırnaqla təmizləmə prosesindən keçməlidir
  • Qum-şırnaqla təmizləndikdən sonra lövhələr kəsmə dəzgahına ötürülür. Kəsməyə başlamazdan əvvəl düzgün lövhələrin kəsilməyə hazır olmasından əmin olunması üçün lövhənin ölçüləri və nömrələri Eyni Ölçülər üzrə Yayma Vərəqəsi ilə yoxlanılır
  • Lövhələr oksigen/yanar qazla kəsmə prosesi vasitəsilə Uzunluq/En üzrə kəsilir
  • Ölçülərdə Dəqiqliyi və Qaynağa Düzgün Hazırlanmanı təsdiqləmək üçün Keyfiyyətə Nəzarət üzrə yoxlama aparılır və hissələrin üzərinə işarələr qoyulur
  • Kəsmə prosesindən sonra qalan şlakları təmizləmək üçün lövhələr cilalama dəzgahı vasitəsilə hamarlanır
  • Lövhələr yayma üçün hazır olduqdan sonra qalınlığına, yayma diametrinin və radiusunun növünə uyğun olaraq Boru Yayma Xəttinə göndərilir
  • Bükülən lövhələr radiusun düzgünlüyünü yoxlamaq üçün əvvəlcədən kəsilmiş şablon vasitəsilə yoxlanılır. Lövhənin bir-birinə yaxınlaşan kənarları bütün tikiş uzunu bərkidilir və lövhə yayma dəzgahından çıxarılır. Bükülən çənin Ovallıq və Çevrə üzrə icazə verilən müsaidə daxilində olmasını təyin etmək üçün növbəti KN yoxlaması aparılır
  • Əgər bütün KN yoxlamaları aparılıbsa, bükülmüş çən qaynaq üçün göndərilə bilər. Qaynaq prosesi aşağıdakı mərhələlərə bölünür:
     Əl ilə kök qaynağı (Flüs özəyi)
     Daxildən tikiş boyu qaynaq (Avtomat flüsaltı qövs qaynağı)
     Xaricdən avtomat isgənə ilə oyma,
     Xaricdən tikiş boyu qaynaq (Avtomat flüsaltı qövs qaynağı).

     Qaynaqdan sonra Dağılmayan Üsulla Sınaq keçirilir, KN yoxlaması aparılır və lazım olarsa bükülmüş çən kalibrasiya edilir
 
  • Ayrı-ayrı çənlər sonra Quraşdırma yerlərinə göndərilir və payaların yekun formasına uyğun olaraq iri hissələrin hazırlanması üçün bu çənlər uc-uca birləşdirilir
  • Paya hissələri sonra növbəti yığılma üçün hər biri nominal olaraq 50 metr və 200 ton olmaqla tipik Sahə üzrə Qaynaq hissələri kimi Ağır Paya Qaynağı Xəttinə ötürülür
  • Tamamlanmış hissələr sonra Ağır Paya Qaynağı Xəttindən SPMT tipli çoxtəkərli nəqliyyat vasitəsilə Quraşdırma sahəsinə daşınır
  • Payanın yekun yığılması icra edilir. Qaynaq və KN/Dağılmayan Sınaq yoxlamalarından sonra Paya işarələnməsi vurulur, paya ucları emal edilir, üzmə halqaları taxılır və yedəkləmə dayaqları quraşdırılır
  • Payalar liman ərazisinə daşınır, yüklənilmə, yedəkləmə və quraşdırma üçün hazır saxlanılır
 

İstehsal Gücü

BÜKMƏ

  • 150 mm-ə kimi qalınlığa və 4,000 -5,000 mm-ə kimi daxili diametrə malik 8 ədəd avtomatlaşdırılmış aparat/li>
  • 22 ədəd flüsaltı qövs qaynağı oxu və 9 ədəd mobil yarımavtomat qaynaq maşını
  • 50 t-a kimi gücü olan 16 ədəd körpülü kran
  • Aylıq istehsal: bir növbəyə 2,500 ton

İSTEHSAL

  • 14 ədəd örtülü konstruktiv aralıq
  • 90 t-a kimi gücə malik körpülü kranlar
  • 3 ədəd kompüterlə idarə olunan fiqurlu kəsmə maşını Muller RB 1200 (ən böyük)

QURAŞDIRMA

  • 550,000 m2 tikinti-quraşdırma ərazisi.
  • 1,350 tona kimi yükqaldırma gücü olan 25 ədəd tırtıllı və mobil kran
  • 85 t/m-dən 350 t/m-ə kimi yükdaşıma gücünə malik 4 ədəd stapel
  • Ümumi həcmi 1,000 tondan artıq

YÜKLƏMƏ

  • 2 x 100 m möhkəmləndirilmiş yükboşaltma ərazisi (50t/m2) olan 1,500 m uzunluğunda təmir olunmuş sahil
  • 30,000 tona kimi ağırlıqda olan konstruksiyanı hərəkət etdirə bilən itələmə (puş-pul) sistemi.
  • Mühafizə olunan limandan dənizə birbaşa çıxış.

QAZANILMIŞ UĞURLAR

  • AÇG LAYİHƏSİ FAZA 1: CA DAYAQ ÖZÜLÜ (14,130 t, 143,3 m) CWP DAYAQ ÖZÜLÜ (12,043 t, 143,3 m)
  • AÇG LAYİHƏSİ FAZA 2: QA DAYAQ ÖZÜLÜ (13,800 t, 133,9 m) ŞA DAYAQ ÖZÜLÜ (15,750 t, 166,9 m)
  • AÇG LAYİHƏSİ FAZA 3: DUQ DAYAQ ÖZÜLÜ (15,900 t, 185 m) PCWU DAYAQ ÖZÜLÜ (15,600 t, 185 m)
  • ÇNL LAYİHƏSİ: ÇNL DAYAQ ÖZÜLÜ (18,200 t, 196 m)
  • ŞD2 LAYİHƏSİ: PR dayaq Bloku (13,718 t, 107,6 m) QU Dayaq Bloku (12,675 t, 107,6m)