Sualtı Qurğuların Quraşdırılması
Sualtı İkiqat Təcridetmə Klapanları
Dikborular sahəsində yanğın zamanı platformanı qorumaq üçün hər bir ixrac boru xəttinə və yataqdaxili axın xətlərinə Sualtı Qoruyucu Təcridetmə Klapanları (SQTK) quraşdırılır. 5x 12”-lik yataqdaxili ikiqat SQTK kirşələri, yataqdaxili ikiqat SQTK kirşələri, 2x 32”-lik qaz ixrac tək SQTK kirşələri və 1x 16”-lik kondensat ixrac tək SQTK kirşələri mövcuddur. Hər bir SQTK kirşəsi bir ədəd qazma məhlulu üçün döşəmə və 4 ədəd paya ilə dəstəklənir. Bütün SQTK -lar və kənardan idarə olunan sualtı cihaza texniki qulluq klapanları bir-birini əvəz edə bilən və çıxarma klapanlı çərçivə ilə çıxarıla bilən olmalıdır.SQTK kirşəsinin əsas elementləri aşağıdakılardır:
- SQTK klapanı
- Kənardan idarəedilən sualtı cihaza texniki qulluq klapanı
- 2”-lük siyirtmələr
- 1”-lük MEG (monoetilenqlikol) klapanları (yalnız yataqdaxili)
- Moffat İsti Birləşdiriciləri
- Üçboğazlar
- Flanslar (yosunlara qarşı qoruyuculu)
- Anodlar
- FMC Nəzarət Avadanlığı və Təzyiq/Temperatur ötürücüləri
- Yaylı fiksatorlu birləşdiricilər
- Boru xəttləri, xırda diametrli borular
- Hidravlik borular & Elektrik kabelləri
- Yosunlara qarşı qoruyucu örtüklü flanslar
SQTK-nın quraşdırılma ardıcılllığı
- Tipik SQTK bünövrəsi
- SQTK kirşəsi konstruksiyası
- Klapan modulunun çıxarılması çərçivəsi
- SQTK modulu (Hidravlik işə salınan klapan modulu)
- Blok klapan modulu (Kənardan idarə olunan sualtı cihazla idarə olunan klapan modulu)
- SQTK başılığının ankeri və başlığın istiqamətləndiricisi
İstehsalçı tərəfindən istifadəyə qəbul sınağı
İstehsalçı tərəfindən istifadəyə qəbul sınağı quraşdırma və sonrakı proseslər zamanı avadanlığın layihə üzrə texniki şərtlərə uyğun olaraq yığılmasını və işləməsini təsdiqləmək üçün avadanlığın yoxlanılması prosesidir. İstifadəyə qəbul sınağı avadanlığın komponentlərinin və nəzarət cihazlarının funsksional olaraq düzgün işləməsini təmin edir.İstifadəyə qəbul sınağı təkçə alıcı və son istifadəçi üçün deyil, həm də istehsalçı üçün faydalıdır. Hər iki tərəf əmin ola bilər ki, avadanlıq müqavilə şərtlərinə uyğundur və yaranan hər bir problem avadanlıq müştərinin ərazisinə çatana qədər həll oluna bilər.
BOS Şelfdə istifadəyə qəbul sınağı qovşaq və qurğuların mexaniki tamamlanması (quraşdırma, qaynaq, qaynağın dağılmayan üsulla sınağı, anti-korroziya izolyasiyası və s.) işlərindən sonra yerinə yetirilir. İstifadəyə qəbul sınağı məmulat üçün spesifik olaraq təsdiqlənmiş prosedura uyğun icra edilir və nəzarətdə saxlanılır və bütün mərhələlər üzrə BOS Şelfin KN şöbəsi və Sifarişçinin KN üzrə nümayəndəsi tərəfindən müşahidə və təsdiq olunur. İstifadəyə qəbul sınağı qrafiki əvvəlcədən planlaşdırlır və bütün test və sınaqlar barədə məlumatlar bütün maraqlı tərəflərə əməliyyata başlamazdan əvvəl çatdırılır.