• Əsas
  • Bizim Məqsəd və Dəyərlərimiz

Məqsəd və Dəyərlərimiz

Məqsədimiz

Biz Təhlükəsizlik, Davamlı İnkişaf, Vahid Komanda, Hesabatlılıq və Qayğını Əsas Korporativ dəyərlər olaraq saxlamaqla müştərilərimizin, maraqlı tərəflərin, əməkdaşlarımızın xeyrinə və ölkə iqtisadiyyatının rifahı naminə qoşulduğumuz istənilən layihənin təhlükəsiz yerinə yetirilməsini hədəfləyirik.



Dəyərlərimiz


Təhlükəsizlik
 
  • Şirkət olaraq təhlükəsizlik qaydalarının pozulmasına qarşı məsuliyətli yanaşmaya sahibik; insanlara və ətraf mühitə sıfır zərər vurulması prinisipinə sadiqik
  • Təhlükəsizlik pozuntularına və təhlükəsizliklə əlaqədar məsələlərə dərhal reaksiya verir və onların proaktiv şəkildə qarşısını almaq üçün əlimizdən gələni edirik
  • İnsanların sağlamlığı və təhlükəsizliyini biznes maraqları və əməliyyatlardan öndə tuturuq
  • İş yerində təhlükəsizlik qaydalarına və prosedurlarına riayət edilməsinə önəm veririk
  • Təhlükəsizliklə bağlı təşəbbüsləri dəstəkləyir və özümüzü davamlı olaraq bu sahə üzrə təkmilləşdirmək və maarifləndirmək niyyətindəyik

Davamlı İnkişaf
 
  • Şirkətimizin əməkdaşları və iş prosesləri arasında Keyfiyyətin Yaxşılaşdırılması prinsipini həyata keçiririk
  • Mövcud prosesləri optimallaşdırmaq və qeyri-səmərəli təcrübələri aradan qaldırmaq məqsədilə hər zaman yeni yollar axtarmaqla yanaşı, eyni zamanda iş üsullarımıza proses yanaşması tətbiq edirik
  • Ən səmərəli üsullarla gözləntiləri üstələmək və ən yaxşı nəticələrə nail olmaq üçün daim yenilikçi yollar axtarır, öyrənilmiş dərslər və təcrübəmizdən nəticə çıxarırıq
  • Təşkilatın Risklərin idarə edilməsi mədəniyyəti vasitəsilə gələcək ehtiyacları, problemləri, riskləri və imkanları, həmçinin öyrənilmiş dərsləri təşviq edir və nəzərə alırıq
  • Rəqabət üstünlüyünü qorumaq və sənayenin ən yaxşı təcrübələrinə uyğun olaraq yeni və innovativ texnologiyalardan istifadə edirik
  • Qeyri-müəyyənlik qarşısında uzunmüddətli dayanıqlığı təmin etməklə, baş verən dəyişikliklərə tez bir zamanda reaksiya vermək və qərarlar qəbul etmək üçün çevik və uyğunlaşa bilən sistem və prosesləri tətbiq edirik
  • Faktiki sübutlara və fəaliyyətin ölçülməsinə əsaslanan qərar qəbuletmə mədəniyyətini təbliğ edirik

Vahid Komanda
 
  • Biz vahid missiya və məqsədlər uğrunda birləşərək uğura doğru gedən yolda bir-birimizi ilhamlandırır, dəstəkləyir və kömək edirik
  • Biz həm uğurları, həm də üzləşdiyimiz çətinlikləri açıq şəkildə bölüşürük, çünki yaxşı anları qeyd etmək və lazım gəldikdə dəstək vermək üçün bir-birimizin yanındayıq.
  • Biz Keyfiyyət Siyasətimiz vasitəsilə Müştərinin fikri və keyfiyyət tələbləri ilə bağlı mühüm İdarəetmə öhdəliyi nümayiş etdiririk
  • Səylərimizi birləşdirərək dövlətə, cəmiyyətə, tərəfdaşlara və bütün digər maraqlı tərəflərə xeyir veririk
  • Bizim yanaşmalarımızın, təcrübələrimizin və ideyalarımızın fərqliliyindən qaynaqlanan unikallığımız, üstünlüyümüzdür, və bu üstünlüyümüz bizi uğura aparır
  • Fəaliyyətlərimizin coğrafi miqyasından və əməliyyatlarımızın müxtəlifliyindən asılı olmayaraq biz birgə çalışırıq

Hesabatlıq
 
  • Biz öz hərəkətlərimizə və onların nəticələrinə görə məsuliyyət daşıyırıq
  • Biz öz işçilərimizi bizim performans standartlarını əldə etmələri və təkmilləşdirmələri üçün motivasiya edir və həvəsləndiririk
  • Üzərimizə götürdüyümüz hər bir öhdəliyin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsini təmin etmək üçün əlimizdən gələni edirik
  • Qarşılıqlı uğurumuzun həlledici hissəsi kimi dövlət, cəmiyyət, tərəfdaşlar və digər maraqlı tərəflərlə şəffaf və açıq dialoq qurmağın bizim üçün mühüm əhəmiyyət kəsb etdiyini hesab edirik. Biz hamının faktiki sübut, sorğulama, tənqidi düşüncə və sağlam mühakimə kimi amillərdən istifadə etməyə həvəsləndirildiyi bir mühit yaradırıq
  • Ünsiyyət və münasibətlərdə düzgünlüyə önəm verir və verilən sözlərə əməl edirik
  • Bizim hərəkətlərimiz, seçimlərimiz və davranışlarımız güclü etik dəyərlərə və yüksək mənəvi prinsiplərə əsaslanır

Qayğı
 
  • İnsan Hüquqları BOS Şelf şirkətinin əsas dəyəridir. Siyasətimiz minimum olaraq aşağıdakı elementləri əhatə edən şirkət prosedurlarında öz əksini tapmışdır: Təhlükəsiz və sağlam iş yeri; müxtəliflik və inklüzivlik.
  • Fəaliyyətlərimizlə gələcək nəsillər üçün davamlı müsbət təsir yaratmağı qarşımıza məqsəd qoymuşuq
  • SOCAR ailəsinin hər bir üzvü üçün rahat, sağlam və təhlükəsiz iş mühiti yaratmağa çalışırıq
  • Əməkdaşlarımızın maddi rifahı, davamlı öyrənməsi və peşəkar inkişafı bizim üçün mühüm əhəmiyyət kəsb edir
  • Bizimlə birgə işləyən insanlara və fəaliyyətlərimizin nəticələrindən təsirlənən bütün tərəflərə qayğı ilə yanaşırıq