“Heydər Əliyev İli” çərçivəsində BDÖZ ərazisində şagirdlər üçün tur təşkil olunub
2 May 2023“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda keçirilən tədbirlərin davamı olaraq, mayın 2-də 6 nömrəli məktəb-liseyin şagirdləri üçün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna (BDÖZ) tur təşkil olunub. İlk öncə, tədbir iştirakçıları Ulu Öndərin 100 illik yubileyinə həsr olunan sərgi ilə tanış olublar. Daha sonra BOS Shelf MMC-nin baş direktor vəzifəsini icra edən Nazim Hüseynov Ulu Öndərin yeni #neft strategiyası haqqında mühazirə ilə çıxış edib. Sonra tədbir iştirakçıları BDÖZ-ün istehsalat ərazisi ilə tanış olublar. Sonda məktəb şagirdlərinə xatirə hədiyyələri təqdim edilib.