BOS Şelf heyəti II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfər” turnirində iştirak edib
BOS Şelf heyəti 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Zəfər” futbol turnirinin açılış mərasimində iştirak edib. Turnirin keçirilmə məqsədi şəhid ailələrinə maddi dəstək gostərmək, öz canları bahasına vətənimizin bütövlüyünü bərpa edən şəhidlərimizi yad etmək və Qaradağ rayonunun idman sənayesinin inkişafına töhvə verməkdir.Tədbir zamanı, BOS Şelf şirkətinin əməkdaşları Sahil və Ümid qəsəbələrində yaşayan şəhid ailələri ilə görüşüb onlara şirkət adından hədiyyələr təqdim etdilər.
Turnirdə BOS Şelf futbol komandası ilə birlikdə ümumilikdə 14 komanda iştirak edir. Komanalar A və B qrupu olaraq iki hissəyə bölünüb. Hazırda tərkibində 7 komanda olan hər qrupdan 4 komandanın növbəti mərhələyə çixacağı gözlənilir. “Zəfər” turnirinin final oyununun oktyabr ayının 3-də keçiriləcəyi planlaşdırılır.
BOS Şelf kollektivi torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərimizi dərin hüznlə, sonsuz sevgi və fəxrlə yad edir, qarşılarında baş əyir.