Uşaqlarla Kino vaxtı
Bu gün biz Bakı şəhərində yerləşən “Ümüd yeri” uşaq sığınacağında olan kimsəsiz uşaqlarla kinoya getdik. Körpələrlə söhbət etdikdən və onların yaşayış şəraiti ilə tanış olduqdan sonra biz superqəhrəmanlar barədə ekran əsərinə baxmağa getdik. Bununla biz həyatın çətinlikləri ilə üzbəüz qalaraq təslim olmadıqlarına görə onların hər birinin böyük nailiyyətlər qazana biləcəyini və arzuların həyata keçməsinin real olmasını aşılamaqla əsil superqəhrəmanların elə onların özləri olmasını bu uşaqlara çatdırdıq.Biz üzvü olduğumuz cəmiyyətdə ailə qayğısından məhrum olan uşaqlara yardım və dəstək vermək məsiliyyətini qəbul edirik. Bu bizə həmişə onu xatırladır ki, ətrafımızda bizə ehtiyacı olan və həmişə yanlarında olub onlara bacardıqca çox qayğı göstərməyimiz istəyən bəşəriyyətin gənc nümayəndələri var .
Artıq ikinci onillikdir ki, biz uşaq evlərinin, internat məktəblərin və aztəminatlı ailələrin uşaqları üçün sığınacaqların sakinlərinin və həmçinin fiziki qüsurlu uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına hədəflənən və buna tövhələr verən xeyriyyə proqramlarına başlayırıq və burada fəal iştirak edirik.
Həyatınızın gündəlik axını boyu həyatda öz yerlərini tapmaq üçün çarpışanların olduğunu unutmayın.