Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Cüdo çempionatı
Qaradağ Gənclər və İdman Klubunun təşəbbüsü, BOS Şelf MMC və SOCAR-ın dəstəyi ilə 3 May 2019-cu il tarixində, artıq, ənənə halını almış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Cüdo üzrə Qaradağ rayon açıq birinciliyi” yarışları keçirilmişdir. BOS Şelf Şirkətinin Baş Direktorunun müavini Nazim Hüseynov, İnsan Ressursları, Təşkilat məsələləri, DövlətOrqanları və İctimai strukturlarla əlaqələr üzrə Böyük Meneceri Qalib Həsənov yarışın final mərhələsinə təklif buyurub, qalib idmançıların mükafatlandırma mərasimində iştirak etdilər.
“SƏRHƏDÇİ” İdman Olimpiya Mərkəzində baş tutmuş yarışda ölkəmizin müxtəlif regionlarını təmsil edən 52 idman klubu və 400 idmançı iştirak etmişdi. Yarışma Ağdam, Bərdə, Yevlax, Şəki, Qəbələ, Mingəçevir, Əli Bayramlı, Salyan, Tovuz, Göyçay şəhərlərinin və həmçinin BOS Şelfin uzun müddət dəstək göstərdiyi Qaradağ İdman Klubunun yetişdirdiyi gənc nəsil idmançılara öz qabiliyyətlərini nümayış etməyə imkan yaratdı.
BOS Şelf illər ərzində gənc idmançılara göstərilən dəstəyi öz Korporativ Sosial Məsuliyyətinin mühüm bir hissəsi kimi dəyərləndirir. Cüdo ilə birgə, şirkətimiz futbol, voleybol, triatlon kimi idman növləri üzrə idmançıların hazırlığı və müxtəlif yarışlarda iştirakını dəstəkləyir.