• Əsas
  • Xəbərlər
  • BOS Şelf-in işçi heyətində 300-dən çox Qarabağ müh…

BOS Şelf-in işçi heyətində 300-dən çox Qarabağ müharibəsi veteranı çalışır

7 Iyul 2021

BOS Şelf ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşan hər kəsə hər zaman dərin hörmətlə yanaşır. Biz I və II Qarabağ müharibəsi veteranlarına mütəmadi dəstək göstərməyi özümüzə borc bilib, onları əməkdaşlarımızın arasında görməkdən qürur duyuruq.

İşçi sıralarımızda 200 nəfərdən çox I Qarabağ müharibəsi veteranı çalışarkən, 58 nəfər əməkdaşımız II Qarabağ müharibəsinə qatılıb Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi qələbəyə imza atmışlar.

II Qarabağ müharibəsi bitdikdə, veteranlara dəstək proqramı çərçivəsində 50 nəfər müharibə veteranı BOS Şelf-in Təlim-tədris məktəbinə qəbul olunub. Burada, yeni kadrlarımız mexanik, qaynaqçı, quraşdırıcı, ilməçi-qoşucu kimi müxtəlif peşələr üzrə təlim prosesini uğurla bitirib işlə təmin olunmaq imkanını əldə ediblər. 10 nəfər II Qarabağ müharibəsi veteranı isə BOS Şelf tərəfindən müxtəlif peşələr üzrə bir başa işlə təmin olunub. 

Hal-hazırda şirkətimizin işçi sıralarında 300-dən çox I və II Qarabağ müharibəsi veteranı çalışır. Vətən üğrunda vuruşan igid əsgərlərimizlə fəxr edirik!