Hal-hazırda İcra Olunan Layihələr
BOS Şelf bir neçə iri layihələr çərçivəsində işi davam edir və həmçinin yeni lahiyəhərin başlanılmasına hazırlıq işləri görməkdədir.Hal-hazırki Layihələr:
- Şahdəniz 2 layihəsi çərçivəsində köməkçi sualtın qurğuların quraşdırılması
- Ümumi çəkisi 6,000 t olan platformanın və 11 dayaq blokunun quraşdırılmasını nəzərdə tutan Bulla layihəsi
- ACE (Azəri-Mərkəzi-Şərqi) layihəsi üçün ümumi çəkisi 3,000 t olan payaların hazırlanması
- TOTAL URF layihəsi çərçivəsində 34 km boru xəttinin çəkilməsi
- ACE (Azəri-Mərkəzi-Şərqi) layihəsi çərçivəsində ümumi çəkisi 20,000 t olan dayaq blokunun və payaların hazırlanması
Hazırlıq mərhələsində olan layihələr:
- Abşeron EPS layihəsi çərçivəsində çəkisi 3,500 t olan Üst tikililərin və çəkisi 3,000 t olan köməkçi konstruksiyaların quraşdırılması
- Ümid/Babək layihəsi çərçivəsində 3 dayaq blokunun və 80 km uzunluğunda boru xəttinin çəkilməsi
- ACE Dəniz və Sualtı dəstək qurğularının tikintisi
- Qarabağ layihəsi çərçivəsində üst tikililərin quraşdırılmasının İlkin Layihələndirmə və Mühəndislik (FEED) mərhələsi
Tikinti-Quraşdırmanın Layihələndirmə və Satınalma modeli
BOS Şelf gözlənilən əsas layihələr üçün yeni idarəetmə strukturu hazırlamışdır. Biz İlkin Layihələndirmə və Mühəndislik (FEED) mərhələsi zamanı layihələndimə prosesini dəstəkləyir və lazımi məlumatları veririk. İlkin Layihələndirmə və Mühəndislik (FEED) mərhələsi bitdikdən sonra BOS Şelf Detallı Layihələndirmə mərhələsini nəzarətdə saxlayır və idarə edir, bundan sonra isə Uzun Müddətli təchizata üstünlük verməklə Satınalma fəaliyyətləri başlayır.Qurudakı işlərin mümkün qədər vaxtında tamamlanması məqsədilə Tikinti-quraşdırma, Mexaniki tamamlama və İstismara vermə mərhələləri boyu İşlərin Əsas Qrafiki hazırlanır və ona ciddi əməl olunur. Yuxarıda qeyd edilən proseslərdən sonra Dayaq blokları və Modullar yekun quraşdırma üçün dənizə yola salınır.