• Əsas
  • Korporativ Sosial Məsuliyyət

Korporativ Sosial Məsuliyyət

BOS Şelf Korporativ Sosial Məsuliyyət anlayışına uyğun olaraq Azərbaycanda və xüsusilədə şirkətin yerləşdiyi Qaradağ rayonunda bir sıra sosial istiqamətli layihələrin təşkilinə və burada iştiraka böyük əhəmiyyət verir.

Ölkəmizin sosial cəhətdən çiçəklənməsinə tövhələr vermək bizim öhdəliklərimizin təməl prinsiplərindən biridir.

Hər ilin yay fəslində biz yerli həmkarlar ittifaqı ilə birlikdə Qəbələ şəhərində “Tufandağ” və “Qəbələlənd” istirahət komplekslərində eşitmə və nitq qüsurlu insanlara qayğı proqramı kimi  xeyriyyə proqramları təşkil edirik.

BOS Şelf bir sıra xeyriyyə məqsədli idman layihələri həyata keçirmək təşəbbüsü ilə idman tədbirlərini fəal surətdə dəstəkləyir. Xüsusən, BOS Şelf Mini Futbol Liqasına və hər il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan judo turnirinə sponsorluq edir. Bu turnir həm yerli, həm də xarici idmançıların marağını cəlb etməkdədir.

Özümüzə məxsus idman kompleksi inşa etməklə kifayətlənməyərək, biz müntəzəm olaraq kənd ərazilərində idman qurğularını icarəyə götürür və müxtəlif idman növləri üzrə pulsuz dərnəklər təşkil etməklə aşağı gəlirli ailələrdən olan uşaqların idmanla məşğul olmalarını təmin edirik.

Dağlıq Qarabağ müharibəsi veteranlarına qayğı həmişə BOS Şelfin sosial siyasətinin birinci dərəcəli əhəmiyyət verdyi məsələ olaraq qalmaqdadır. Hal-hazırda işçi heyətimizdən 211 nəfəri Qarabağ müharibəsi veteranıdır. Biz həmçinin 2016-cı il Aprel müharibəsinin 15 iştirakçısı üçün pulsuz təlimlər təşkil etmişik. Namizədlər təlimlərdən uğurla keçdikdən sonra daimi iş təklifləri almışlar.
 

BOS Şelf heyəti II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfər” turnirində iştirak edib

BOS Şelf heyəti 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Zəfər” futbol turnirinin açılış mərasimində iştirak edib...

Ətraflı

BOS Şelf heyəti “Könüllü Donor” aksiyasına qoşulur

SOCAR-ın nəzdində fəaliyyət göstərən BOS Şelf şirkətinin əməkdaşları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş "Könüllü donor…

Ətraflı

Uşaqlarla Kino vaxtı

Bu gün biz Bakı şəhərində yerləşən “Ümüd yeri” uşaq sığınacağında olan kimsəsiz uşaqlarla kinoya getdik. Körpələrlə söhbət etdikdən və onların yaşayış şəraiti ilə tanış o…

Ətraflı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Cüdo çempionatı

Qaradağ Gənclər və İdman Klubunun təşəbbüsü, BOS Şelf MMC və SOCAR-ın dəstəyi ilə 3 May 2019-cu il tarixində, artıq, ənənə halını almış  “Ümummilli lider Heydər Əliyevin …

Ətraflı